Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ən faciəli münaqişələrdən biri kimi olub, nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildən ermənilər torpaqlarımıza göz qoymağa başlamışdılar. 1991-ci ildən açıq ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyata başlamışdı. Dinc əhalini amansızlıqla qətlə yetirməyə başlayaraq, rayonları və şəhərləri işğal etdilər. İşğalçı Ermənistan 30 il ərzində işğalçılıq və düşmənçilik siyasətini yürütdülər. Azərbaycanın qədim və doğma torpaqlarını işğal edərək viranəyə çevirmişdilər. Bütün tarixi abidələri, muzeyləri, məscidləri, evləri dağıdaraq, xalqımızın o torpaqlara qayıtmayacağını fikirləşiblər. Müxtəlif qiymətli metallar, qızıl yataqları, zavod və fabriklərdə istismar olunmuş dəzgahların hamısı qarət olunurdu, talan edilirdi. Tarixdən bildiyimiz kimi, başqasının torpağına göz dikən ölkələr son anda təslimçilik aktına imza atmalı olurlar. Ermənistan 30 il ərzində yürütdüyü işğalçılıq və düşmənçilik siyasəti sonda onların məğlubiyyəti ilə nəticələndi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi üçün gedən döyüşdə torpaqları işğalçılardan təmizlədi. Azərbaycan işğalçı Ermənistan üzərində möhtəşəm və tarixi qələbə qazandı. Döyüş meydanında düşməni diz çökdürdük. Ermənistan məcbur qarşısında qalaraq Kapitulyasiya aktına imza atmalı oldu. 2020- ci il 10 Noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Ermənistanın kapitulyasiyasını əks etdirən sənəd olmaqla yanaşı, bir çox baxımdan da mühüm əhəmiyyətə malikdir. Bunlardan biri Ağdam, Kəlbəcər, Laçın şəhərlərini qansız və heç bir itkisiz Azərbaycana qaytarılmasıdır. Ağdam 20 noyabr 2020-ci il, Kəlbəcər 25 noyabr 2020-ci il, Laçın isə 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Heç bir itki vermədən və heç bir dənə də olsa güllə atmadan 3 rayonu qaytarmaq Azərbaycanın ən böyük qələbəsidir. Ali Baş Komandanımız İlham Əliyevin siyasəti nəticəsində biz bu qələbəni yaşadıq. Üçtərəfli imzalanan Bəyanatda olan digər mühüm məqamlardan biri də Dağlıq Qarabağın statusu ilə əlaqədar məsələnin bu Bəyanatda əksini tapmamasıdır. 10 Noyabr 2020-ci il üçtərəfli Bəyanatdan sonra Azərbaycan Türkiyə ilə birgə bölgədə mühüm oyunçuya çevrildi. İrəvanın əsas hamisi olan Rusiya da yeni reallıqla barışdı. Rusiya eyni zamanda Ermənistanı reallığı qəbul etməyə vadar etdi. 10 Noyabr Bəyanatı Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq dövlətlərarası xarakterini bir daha təsdiqləmiş oldu. Dağlıq Qarabağın status məsələsi danışıqlar predmentindən birdəfəlik çıxmış oldu. Orada yaşayan ermənilərə öz müqəddəratını təyin etmə prinsipinin heç daxili aspekti də şamil edilməyəcək. Onlar Azərbaycan vətəndaşına verilən hüquqlardan yararlanmalıdır olacaqlar. Ermənistan Kapitulyasiya aktına imza atmaqla dünya tarixində məğlub ölkə kimi düşdü. Bu gün təkbaşına qalan və darmadağın olan Ermənistan Bakının şərtlərini sona qədər qəbul etməkdən başqa yolu qalmayıb. Proses buna doğru da gedir. Əslində, İrəvanın Bakı və Ankara ilə anlaşmaq, sülh içində yaşamaqdan savayı yolunun olmadığını hər kəs anlayır. Onu da yaxşı bilirlər ki, 44 günlük müharibədən sonra Türkiyə real olaraq bölgəmizdədir, Azərbaycanın yanındadır. Bu gün Müzəffər Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən məğlubiyyətə uğrayan Ermənistanın Kapitulyasiya aktına imza artmasından 2 il ötür. Zəfər hər zaman haqqın tərəfindədir. Biz haqq yolunda bir "Dəmir yumruq" kimi birləşdik, bizim olanı geri qaytardıq. Əlbətdə itkisiz müharibə olmaz. Biz bu Vətən müharibəsində 3000-dən çox Şəhid verdik. Biz bu qələbəni başda Ali Baş Komandanımız İlham Əliyevə, Azərbaycan Ordusuna, Şəhidlərimizə, Qazilərimizə, Əsgərlərimizə borcluyuq. Allah ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin! Qazilərimizə uzun ömür,can sağlığı arzulayırıq. Sonda qeyd edim ki, Prezident İlham Əliyev müharibənin bitməsindən sonra imzaladığı sərəncamlarla Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr "Anım Günü", Şuşanın işğaldan azad edildiyi gün - 8 noyabr isə "Zəfər Günü" kimi təsis edib. Aydın Həsənov,Xocalı rayon ziyalısı